Ukrayna ordusu bu gecə Rusiyanın 12 regionuna kütləvi PUA və raket hücumu edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Ukrayna ordusu gecə saatlarında Bryansk vilayətini ATACMS raketlərilə atəşə tutub. Yerli sakinlər təxninən 30 dəqiqə partlayış səsləri eşitdiklərini bildiriblər. Yerli hakimiyyət orqanlarının məlumatına görə, vurulan raketlərin qalıqları Seltso şəhərindəki kimya zavodunun ərazisinə düşüb.
Tula vilayətinin Aleksin şəhəri üzərində 16 PUA-nın vurulduğu bildirilib.
“Maş” Teleqram kanalının məlumatına görə, Ukrayna ordusu Saratov vilayətinə “Peklo” raket-PUA-ları və “Bobyor” PUA-ları ilə zərbələr endirib. Vilayət qubernatoru Roman Busargin hücum nəticəsində Engels şəhərindəki sənaye müəssisəsinə ziyan dəydiyini bildirib.
Kazan şəhərinə də hücumlar nəticəsində yanacaq sisterni yanıb.
Ümumilikdə 12 vilayətdə 100-dən çox raket və PUA-nın vurulduğu bildirilib.
Rusiya qoşunları Donetsk vilayətindəki Pokrovsk və Mirnoqradda Ukraynanın quru yollarını kəsmək niyyətindədir. Beləliklə, Rusiya yaxın aylarda Ukrayna Silahlı Qüvvələrini bu şəhərlərdən geri çəkilməyə məcbur etmək istəyir.
“AzPolitika” xəbər verir ki, Amerika Müharibənin Araşdırılması İnstitutunun (ISW) hesabatında belə deyilir.
Qeyd olunur ki, Rusiya hərbi komandanlığı T-0405 və T-0406 magistrallarının şimalında növbəti hücum əməliyyatları həyata keçirmək niyyətindədir. Bu şəhərlərin blokadası Ukrayna ordusunun geri çəkilmə ehtimalını artırır ki, bu da işğalçılara şəhəri işğal etməyə imkan verəcək.
Ruslar bu yaxınlarda artıq Pokrovskdan şərqdə T-0405 Pokrovsk-Konstantinovka və Pokrovskdan cənub-qərbdə T-0406 Pokrovsk-Mejovaya avtomobil yolunu kəsiblər.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30 radələrində TV Müsavatın “Canlı debat” verilişində siyasi ekspert Fikrət Yusifovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
https://www.youtube.com/@musavattv
https://www.facebook.com/tvmusavat