İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fransanın regionla bağlı ambisiyaları boyunu aşır” - Sahib Alıyev

470 01.08.2023 16:57 Siyasət A A

Fransada 60-dan çox senator, deputat və ərazi orqanlarının nümayəndəsi Fransa hökumətinə müraciət edərək “Dağlıq Qarabağa dəstək” verilməsini tələb ediblər. Müraciətdə həmişəki kimi Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirilib və ermənilərin guya “etnik təmizləməyə” məruz qaldığı iddia olunub. Onlar Makronu Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar qəbul etməyə çağırıblar.

Millət vəkili Sahib Alıyev Musavat.com-a bildirib ki, Fransanın özünü hay havadarları kimi təqdim edən təmsilçilərinin hərəkətləri əslində elə həmən hayların, ilk növbədə də Qarabağda Rusiya hərbi kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yaşayanların əleyhinə yönəlib.

S.Alıyev hesab edir ki, havadarlıq adı altında ermənilərdən geosiyasi alət kimi faydalanmağa çalışanların niyyəti regionda sülhün olmaması, qarşıdurmanın davam etməsidir: “Son 30 ildə, İkinci Qarabağ müharibəsi zamanı baş verənlər göstərdi ki, regionda sülhün bərqərar olmaması ilk növbədə hayların əleyhinədir. Digər tərəfdən isə Emmanuel Makrondan Napoleon Bonapart düzəltmək istəyi nə dərəcədə uğurlu alınarsa, Fransanın regionla bağlı ambisiyası da o dərəcədə reallaşdırılacaq. Yəni Fransanın bizim regiona yanaşmada sərgilədiyi ambisiya boyunu aşır. Üstəlik parisdəkilər unudurlar ki, Azərbaycanı təzyiq vasitəsilə kimsə yolundan döndərə bilməyib, indi isə bu, heç mümkün deyil. Çünki bizim regiondakı bütün proseslərə yanaşmada baxışlarımızın üst-üstə düşdüyü Türkiyə kimi müttəfiqimiz, qardaşımız var”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR