İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın əsas məqsədi budur - Britaniyalı politoloq DETALLARI açdı

1432 31.07.2023 15:03 Siyasət A A

“Çıxılmaz vəziyyətdə olan İrəvan Xankəndidəki qanunsuz və tanınmamış rejimin qalıqları ilə Ermənistan arasında birbaşa əlaqənin saxlanmasında mühüm rol oynadığı üçün müxtəlif bəhanələrlə Laçın-Xankəndi yolundan istifadəni davam etdirməyə cəhd göstərir”.

Bu sözləri tanınmış britaniyalı politoloq-jurnalist Neil Vatson Musavat.com-a açıqlamasında deyib.

nail.PNG (516 KB)

Britaniyalı politoloq Azərbaycan tərəfinin Ağdam-Xankəndi yolundan istifadə ilə bağlı təklifinə də münasibət bildirib:

“Azərbaycan həddindən artıq dözümlülük nümayiş etdirərək bildirib ki, tibbi ləvazimatların, humanitar yardımların, xəstələrin Azərbaycan sərhəd-keçid məntəqəsinin tələblərinə cavab verməsi şərtilə yol ilə daşınması mümkündür. Hansı ki, həmin sərhəd-keçid məntəqəsi Ermənistanın çoxsaylı təxribatlarından sonra yaranıb. Azərbaycan həmçinin karvanların Ağdam-Xankəndi yolu ilə çatdırılmasının vacibliyini vurğulayıb.  Lakin Ermənistan tərəfi bununla razılaşmayaraq avtomobil karvanını sərhəd yaxınlığında saxlamağa davam edir.

Təəssüf ki, Ermənistan indi Qərbin dəstəyini cəlb etmək üçün özünün əsassız “blokada” və mühasirəyə bənzər “soyqırım” iddialarından istifadə edir. Baş nazir Paşinyanın bunu “soyqırım” adlandırması Ermənistanda çarəsizliyin ən yüksək səviyyədə olduğunu göstərir. Sülh müqaviləsi indi irəliyə doğru yeganə yoldur”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR