İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda müxalif qəzetin redaktorunun evində axtarış - Seçkilərin "əks-sədası"?

304 09.07.2026 12:41 Ölkə A A

Ermənistanda müxalif mövqeyi ilə tanınan "Syunyats Yerkir" qəzetinin baş redaktoru Samvel Aleksanyanın evində axtarış aparılıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, qəzetin yaydığı məlumata görə, axtarış təxminən bir saat davam edib. Bildirilir ki, hüquq-mühafizə orqanlarının maraq dairəsində redaktorun oğlu Karen Lazaryan olub. O, parlament seçkilərində "Birlik Qanadları" Partiyasından deputatlığa namizəd kimi iştirak edib.

Qəzetin iddiasına görə, axtarış zamanı Karen Lazaryanın deputatlığa namizəd vəsiqəsi, partiyanın təbliğat materialları, eləcə də həyat yoldaşının yerli mağazalara olan kiçik məbləğli borcları ilə bağlı qeydlər götürülüb.

Nəşr baş verənləri siyasi motivli təzyiq kimi qiymətləndirərək bildirir ki, 7 iyun parlament seçkilərində hakim "Vətəndaş Müqaviləsi" Partiyasının Gorus şəhərində gözlədiyi nəticəni əldə etməməsindən sonra Karen Lazaryana qarşı təzyiqlər güclənib. Qəzet həmçinin iddia edir ki, yerli polisə onun barəsində cinayət işi açılması üçün göstəriş verilib. Bununla belə, səslənən iddialarla bağlı Ermənistan hüquq-mühafizə orqanları hələlik rəsmi açıqlama verməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR