İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Türkiyə ilə sərhədə qədər dəmiryolunun tikintisi üçün tender elan edib

241 06.06.2026 09:11 Siyasət A A

Ermənistan Axurikdən Türkiyə sərhədinə qədər dəmir yolunun tikintisi üçün tender elan edib.

Musavat.com xəbər verir k, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu İctimai Televiziyaya verdiyi müsahibədə açıqlayıb: "Artıq Axurik dəmir yolunun bərpası üçün tender elan etmişik. Biz onu Ermənistanda öz vəsaitimizlə tikəcəyik. Rusiya bunu etməyəcək - bu, bizim mülkiyyətimizdir".

Paşinyan qeyd edib ki, bu, "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" layihəsinin bir hissəsidir: "2026-cı ildə layihələr yerində həyata keçirilməyə başlamalıdır. Həm mən, həm də ABŞ Prezidenti Donald Tramp səbirsizik".

Qeyd edək ki, Ermənistan Dəmir Yolları 2038-ci ilədək Rusiya Dəmri Yollarının icarəsinə verilib. Paşinyan dəfələrlə Rusiyaya Zəngilan dəhlizinə və Türkiyə ilə sərhədə qədər olan hissələrdə dəmiryollarının bərpasına başlanmasını təklif edib. Lakin Moskva buna razılıq verməyib. Ermənistan baş naziri isə artıq bərpa işlərini İrəvanın özünün həyata keçirəcəyini açıqlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR