“TV Müsavat”ın canlı efirində yayımlanan verilişin qonağı Ağ Partiyanın başqanı Tural Abbaslı olub.
Musavat.com xəbər verir ki, veriliş zamanı Tural Abbaslı Ermənistanla münasibətlər və Qarabağ mövzusu ilə bağlı sərt mövqe sərgiləyib. O bildirib ki, hazırkı mərhələdə ermənilərlə hər hansı yaxınlaşmadan söhbət gedə bilməz və bu cür addımlar gələcəkdə ciddi risklər yarada bilər.
Ağ Partiya rəhbərinin sözlərinə görə, tarix göstərir ki, güzəştlər və yanlış siyasi mesajlar uzunmüddətli perspektivdə Qarabağ məsələsinin yenidən gündəmə gətirilməsinə səbəb ola bilər. O, bu baxımdan dövlətin və cəmiyyətin son dərəcə ehtiyatlı davranmalı olduğunu vurğulayıb.
Verilişin həmin hissəsində Tural Abbaslı regional proseslər, təhlükəsizlik məsələləri və Azərbaycanın milli maraqları ilə bağlı fikirlərini də bölüşüb.
Verilişdən həmin hissəni aşağıdakı videodan izləyə bilərsiniz.






