İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Rusiyanı, yoxsa Avropanı seçəcək? – Paşinyan “iki od arasında”

366 04.06.2026 18:13 Gündəm A A

Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk bəyanatla çıxış edərək bildirib ki, İrəvanın qısa müddətdə referendum keçirərək Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmaq və ya Avropa İttifaqına (Aİ) qoşulmaq istədiyini dəqiqləşdirməsi daha yaxşı olardı.

Bəs Nikol Paşinyan bu çağırışı yerinə yetirərmi və ölkədə referendum keçirilməsi qərarı verərmi? Referenduma gedilsə nəticəsi necə olar, erməni vətəndaşlar Avrasiya İqtisadi Birliyini, yoxsa Avropa Birliyini dəstəkləyər?

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, Rusiyadan Ermənistana referendum çağırışı Moskvanın İrəvanı geosiyasi seçim etməyə məcbur etmək cəhdidir: “Lakin hazırkı vəziyyətdə Paşinyan belə bir referenduma getmək qərarı verməz. Əvvəla, hələ Ermənistanda seçki başa çatmayıb ki, yeni hökumətin kim olacağı təsdiqlənsin. İkincisi, Paşinyan belə bir referendumu yaxın zamanlarda keçirmək istəməz. O, referendumun yalnız Ermənistanın Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət etdiyi və ya namizəd statusuna yaxınlaşdığı halda keçirilməsini hər halda daha düzgün hesab edəcək”.

Yusif Bağırzadə: “Prezident hər kəsə başa saldı ki, “Qarabağ Azərbaycandır”  demək yeganə düzgün yoldur” » Newscenter.az

Ekspertə görə, Ermənistan iqtisadiyyatının mühüm hissəsi hələ də Rusiya bazarına bağlıdır: “Ermənistana qazın böyük hissəsi Rusiyadan gəlir və güzəştli qiymətlərlə alınır. Lakin o demək deyil ki, referendum keçirilsə xalqın çox hissəsi Avrasiya İqtisadi Birliyinin tərəfində olacaq. Erməni cəmiyyətində Rusiyaya etimad azalıb. Avropa İttifaqına inteqrasiya meylləri isə artıb. Lakin Avropa İttifaqına üzvlük prosesi də uzun illər çəkə bilər və yaxın perspektivdə real üzvlük gündəmdə deyil. Paşinyan həm Moskva, həm də Brüssellə münasibətləri tam qoparmadan balanslaşdırmağa çalışır. Bu səbəbdən Paşinyan üçün ən sərfəli variant referendumu mümkün qədər gecikdirməkdir”.

Politoloq hesab edir ki, referendum bu gün keçirilsə yaşlı nəsil, kənd əhalisinin çox hissəsi və Rusiyadan iqtisadi asılı olan təbəqə Avrasiya İqtisadi Birliyində qalmağa üstünlük verə bilər: “Orta yaşlılar və gənc nəsil isə Avropa İttifaqına qoşulmaq tərəfdarı kimi çıxış edər. Ümumi nəticədə Avropa istiqaməti müəyyən üstünlük əldə edə bilər, lakin bu üstünlük böyük fərqlə olmayacaq”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR