İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni rəsmisi: "Anklavlarla bağlı müxtəlif variantlar müzakirə olunur, amma hələ..."

419 02.06.2023 15:22 Son xəbər A A

“Mən bilavasitə rəhbərimin fikirlərini bölüşürəm, əks halda bu siyasi komandada olmazdım”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər parlamentdə jurnalistlərə müsahibəsində Ermənistanın baş nazirinin ofisinin rəhbəri Arayik Arutunyan tərəfindən səslənib.

Arutunyan Ermənistan nümayəndə heyəti Kişinyovdan gec qayıtdığı və indiyədək heç bir məlumatı olmadığı üçün danışıqlar barədə heç nə deyə bilməyəcəyini söyləyib.

Erməni jurnalistlər ən çox Kərki və Başkənd kəndləri ilə bağlı sual yönəldiblər. Arutunyanın bu suala cavabı belə olub: “Hesab edirəm ki, baş nazir bu suallara dolğun cavab verdi. Əlavə edəcəyim heç nə yoxdur. Müxtəlif variantlar müzakirə olunur, hazırda həlli yoxdur”.

Erməni rəsmisi hökumətdə sülh sazişi ilə bağlı sənədin dövriyyəyə buraxılması ilə bağlı məlumatı təkzib edib. “Belə bir sənəd yoxdur. Deyirlər guya hansısa idarə rəisi buna görə işdən qovulub. Bu, absurddur, yalandır, iftiradır. Həmin adam öz ərizəsi ilə işdən çıxıb”, – deyə Arutunyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR