Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan Müdafiə Qüvvələri Rəisi feldmarşal Asim Munirlə görüşüb.
Ankara hava limanında baş tutan görüş mətbuata qapalı formatda keçirilib.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Danışıqlarda həmçinin Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu və Türkiyə kəşfiyyatının (MİT) rəhbəri İbrahim Kalın da iştirak ediblər.
Musavat.com






