İnsanlara hürriyət, millətlərə istiqlal!

Əməkdar jurnalistin vəziyyəti pisləşdi: 7 saat əməliyyatda qaldı - FOTO

1265 10.02.2026 09:42 Son xəbər A A

Əməkdar jurnalist, tanınmış idman şərhçisi, İdman TV-nin keçmiş direktoru Rövşən Binnətlinin səhhətində problem yaranıb.

Musavat.com-un Manset.az-a istinadla məlumatına görə, R.Binnətli təcili Respublika Diaqnostika Mərkəzinə aparılıb.

Onun səhhətində ciddi problem olduğu üçün təcili reanimasiyaya yerləşdirilərək, əməliyyat olunub. 7 saatdan çox davam edən əməliyyat uğurla nəticələnib.

Açıq ürək əməliyyatı keçirilən Rövşən Binnətlinin səhhətinin hazırda stabil olduğu bildirilir.

Tanınmış jurnalistin oğlu Tahir Novruzov Manset.az-a açıqlamasında xəbəri təsdiqləyib:

"Atam ağır ürək əməliyyatı keçirib. Onun ürəyinin bir damarı dəyişdirilib. Hazırda vəziyyəti stabildir".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR