El Nino cərəyanı Hindistanın şəkər qamışı məhsulunu məhv edə bilər.
Musavat.com xəbər verir ki, cərəyanın gətirdiyi quraqlıq dünyanın ən böyük iki şəkər ixracatçısından biri olan Hindistanın bu məhsulun yetişdirildiyi əyalətlərini vurur.
Analitiklərə görə, Hindistanda "əsl maliyyə naziri" kimi tanınan cənub-qərb mussonu bu il qlobal bazarlar üçün xoşagəlməz sürpriz hazırlayır. Bu sürpriz Hindistanın şəkər istehsalını illik ifadədə 3-8 milyon ton azala bilər. Əgər Hindistan ixrac proqramını tamamilə bağlasa və ikinci böyük ixracatçı olan Braziliya məhdud emal səbəbindən tədarükü tez bir zamanda artıra bilməsə, qlobal qiymətlər əhəmiyyətli dərəcədə artacaq.
Şəkər qamışı Hindistanın düyüdən sonra ikinci ən strateji məhsuludur. Ölkə şəkər istehsalı və ixracında Braziliya ilə liderliyi bölüşür. Lakin əsas şəkər yetişdirən bölgələr - Maharaştra, Karnataka və Tamil Nadu artıq El Ninonun təsirini hiss edir və su çatışmazlığı yaşayır. El-Nino xəbərlərinə reaksiya olaraq, London Fond Birjasında ağ şəkərin fyuçersləri iyunun əvvəlindən 1 ton üçün 660 dolları keçib.
Hindistan artıq 30 sentyabra qədər şəkər ixracının dayandırıldığını elan edib. Ekspertlərin proqnozuna əsasən ölkə şəkər tədarükünü tamamilə dayandırmaq qərarına gələrsə, qlobal qiymətlər 750-800 dollara qədər yüksələcək.
Bu isə bir çox idxalçı ölkələrdə, xüsusən də Afrika və Cənubi Asiyada şəkərin qiymətinin artmasına və yekunda ümumi ərzaq səbətinin 10-15 faiz bahalaşması demək olacaq. .
Musavat.com






