İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu tarixdə keçmiş sevgilinizdən mesaj gələcək, iyulun 25-dən sonra isə... - Bürclərə ŞOK XƏBƏRDARLIQ

1157 10.07.2026 11:06 Astrologiya A A

Astroloq Dinçer Güner 14 iyulda Xərçəng bürcündə baş verəcək Yeni Ayın təsirlərini şərh edib.

Musavat.com-un xəbərinə əsasən, 14 iyulda Xərçəng bürcünün 21-ci dərəcəsində baş tutacaq Yeni Ay emosiyaların, xatirələrin və keçmişlə bağlı mövzuların ön plana çıxacağı diqqətçəkən bir dövrün başlanğıcı hesab olunur.

Dinçer Günerin sözlərinə görə, geriləmə hərəkətində olan Merkurinin də bu prosesə təsiri səbəbindən qarşıdakı günlər yeni başlanğıclardan daha çox yarımçıq qalmış işlərin tamamlanması və köhnə məsələlərin həlli üçün əlverişlidir.

Güner bildirir ki, Xərçəng bürcü evi, ailəni və aidiyyət hissini simvolizə edir. Bu səbəbdən ailə daxilində uzun müddətdir danışılmayan mövzular yenidən gündəmə gələ, köhnə incikliklər və həllini tapmamış problemlər üzə çıxa bilər.

Astroloq emosional və tələsik qərarların sonradan peşmanlıq yarada biləcəyini qeyd edir. Bu səbəbdən mühüm müqavilələrin imzalanması, yeni razılaşmalar və böyük maliyyə yatırımları üçün 25 iyuldan sonrakı dövrün daha münasib olacağını tövsiyə edir.

Yeni Ayın sevgi həyatına da keçmişin izlərini daşıyacağını bildirən astroloqun fikrincə, keçmiş sevgililərdən gözlənilməz mesajlar gələ, uzun müddətdir əlaqə saxlanılmayan dostlarla yenidən ünsiyyət yarana bilər. Lakin Merkuri retrosunun təsiri səbəbindən bu cür vəziyyətlərdə tələsməmək, qərar verməzdən əvvəl hər şeyi diqqətlə dəyərləndirmək daha məqsədəuyğundur.

Evini dəyişməyi, təmir etməyi və ya köçməyi planlaşdıranlar üçün də tövsiyələr verən Güner hesab edir ki, bu dövrdə mövcud əşyaları yeniləmək, yarımçıq qalan təmir işlərini başa çatdırmaq daha səmərəli nəticə verə bilər. Yeni ev almaq və ya kirayələmək istəyən şəxslərə isə müqavilələrin bütün şərtlərini diqqətlə oxumaq məsləhət görülür.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR