Milli Məclisin bu gün keçirilən iclasında ilk olaraq “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Musavat.com-un məlumatına görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda qanun layihəsini deputat Zaur Şükürov təqdim edib.
Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq ratifikasiya edilib.
E.Paşasoy,
Musavat.com






