ABŞ federal böyük münsiflər heyəti 14 iyunda Ağ Evin yaxınlığında keçirilən “UFC Freedom 250” tədbirində terror hücumu törətmək və yüksək vəzifəli məmurlara sui-qəsd hazırlamaqda ittiham olunan səkkiz şübhəliyə qarşı ittihamı təsdiq edib.
Musavat.com ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına istinadən xəbər verir ki, ittihamnaməyə görə, təqsirləndirilən şəxslər prezident Donald Trampı, vitse-prezident J.D.Vensi, İsrailin baş naziri Neynamin Netanyahunu, İlon Maskı və digər yüksək vəzifəli məmurları öldürməyi planlaşdırıblar.
Müstəntiqlərin sözlərinə görə, təqsirləndirilən şəxslər şəxsi mesajlaşma söhbətləri vasitəsilə hərəkətlərini əlaqələndirib, snayperlər də daxil olmaqla rollar təyin ediblər, silah, partlayıcı maddələr və dronlar əldə edərək döyüş təlimi keçiblər.
Bütün təqsirləndirilən şəxslər iki maddə ilə ittiham olunur: terrorizmi dəstəkləmək üçün və federal mülkdə qətl törətmək üçün sui-qəsd, bu da ömürlük həbs cəzası ilə nəticələnir.
Musavat.com






