İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfsanəvi “diplomat pişik” Palmerston öldü - Xidməti vəzifəsi bundan ibarət idi

912 15.02.2026 19:08 Gündəm A A

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin keçmiş “baş siçan ovçusu” — məşhur pişik Palmerston vəfat edib.

Musavat.com xəbər verir ki, bu barədə onun X sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayılıb.

Qeyd olunub ki, “görkəmli diplomat 12 fevralda sakit şəkildə dünyasını dəyişib”.

Palmerston 4 il ərzində Londonun Forin-ofisində xidmət edib və 2020-ci ildə təqaüdə göndərilmişdi. Lakin 2025-ci ildə yenidən “xidmətdə” görünüb — o, Böyük Britaniyanın Bermud adalarındakı dördayaqlı nümayəndəsi təyin olunmuşdu.

Ümumiyyətlə, Britaniya dövlət qurumlarında pişik saxlamaq qədim ənənə sayılır. Onlar XV əsrdən rəsmi olaraq siçanlara qarşı mübarizə üçün saxlanılır. Adətən sığınacaqlardan götürülür, dövlət qulluqçusu statusu alır və hətta yemək xərcləri üçün ayrıca büdcələri olur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR