İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın yarısının qidalanmasına nəzarət edən ailə - Kölgədə qalmağı sevən milyarderlər

16112 17.06.2026 18:37 Yaxın tarix A A

160 ildir ki, təxminən 70 ölkədə qida təhlükəsizliyinə özəl bir korporasiya cavabdehdir. Bu sözdə "görünməz tənzimləyici" “Cargill” şirkətidir. Onun arxasında duran adlar ictimaiyyət arasında nadir hallarda xatırlanıb, lakin Makmillan və Kargill klanlarının nəsilləri dünya liderlərinin böyük əksəriyyətindən daha çox qida və nəqliyyat sektoruna nəzarət etməklə yanaşı, kölgədə qalmağı bacarıblar.

Uilyam Uolles Kargill Şotlandiyadan dəniz kapitanı Uilyam Dik Kargill və Nyu-York sakini Edna Devisin ailəsində dünyaya gələn yeddi uşağın üçüncüsü olub. Gələcək sahibkar 1844-cü ilin dekabr ayında Nyu-York ştatında anadan olub. 1865-ci ildə, 21 yaşında ikən Uilyam Uolles Ayova ştatındakı kiçik bir şəhərin merindən boş taxıl silosları alaraq öz biznesini qurmağa qərar verib. İki il sonra qardaşları Silvester və Sem də ona qoşulublar: Kargill ailəsi birlikdə dəyirman açıb. 1875-ci ildə başqa bir qardaş Ceyms bu işə qoşulub.

0bd89f13-796d-421b-828c-00c452c6ca71.jpeg (211 KB)

Uilyam Kargill nəqliyyatın kənd təsərrüfatı istehsalı üçün inanılmaz dərəcədə faydalı olduğunu tez bir zamanda anlayıb. Buna görə də 1860-cı illərin sonlarında Kargill ailəsinin rəhbərliyi altında taxıl anbarlarının yaxınlığında əsas magistral yola aparan dəmir yolunun bir hissəsi tikilib. Kargilllər həmçinin Amerikada vətəndaş müharibəsinin bitməsindən sonra, 1865-ci ilə qədər köləliyin tamamilə ləğv edilməsindən və üç il əvvəl amerikalılara nominal ödəniş müqabilində torpaq almağa imkan verməsindən faydalanıblar. Qısa müddət ərzində qardaşlar böyük vəsait əldə ediblər.

Birinci dünya müharibəsinin başlanğıcında onlar taxılın böyük hissəsini Avropa ordusu üçün göndərib və bununla da xeyli vəsait qazanıblar. Uzun müddət Qərbdən taxıl yalnız şərq şahilinə satılıb, lakin şirkət daha sonra Nyu-Yorkda və Argentinada ofislər açıb. 1936-cı ildə brend “Cargill Incorporated” adını alıb: şirkət taxıl daşımaq üçün gəmilər istehsal edən gəmiqayırma zavodu qurub. Eyni zamanda, onlar Çikaqo ticarət palatası ilə qarğıdalı bazarının inhisarlaşdırılmasına qarşı çıxan münaqişə sakitcə yatırıblar.

95d537e1-d805-41c1-8296-461674610e47.jpeg (520 KB)

Qardaşların biznesi hətta 1930-cu illərin böhranı zamanı da zərər görməyib. Həmçinin, 1935-ci ildə Missisipi çayında istifadəyə verilən və ənənəvi barjalardan fərqli olan özüyeriyən quru yük gəmisinin hazırlanması xərcləri də azaltmayıb. Əvəzində II dünya müharibəsindən sonra “Cargill” ABŞ hərbi dəniz qüvvələri üçün dörd yedək gəmisi və 18 gəmi inşa edib.

Şirkətin dövriyyəsi 1971-1981-ci illər arasında 11 dəfə artıb və brend əvvəllər araşdırılmamış fəaliyyət sahələrinə daxil olub: metal istehsalı, kömür mədəni, pambıq və gübrə ticarəti, mal əti və hind toyuğu istehsalı və satışı, eləcə də maliyyə xidmətləri.

“Cargill” inkişaf mərhələsində bir çox tanınmış brendlərlə əməkdaşlıq edərək, bəzilərini aktivlərin alınması yolu ilə (məsələn, Provimi) əldə edib. Bu gün “Cargill”in altı qitədən beşində (Antarktida istisna olmaqla) ofisləri var. Bu, şirkətin öz su nəqliyyatı donanması sayəsində mümkün olub: klanın hazırda 300-dən çox gəmisi mövcuddur.

a0d24550-3009-4d05-8f5b-d09aa4c986ad.jpeg (409 KB)

Kargill-Makmillan sülaləsinin üzvləri arasında hazırda 23 milyarder var və onlar “Cargill Inc” səhmlərinin 88%-dən çoxuna sahib olublar. Gəlirə görə, onlar, ABŞ-nin ən varlı özəl şirkətidir: hazırda mənfəəti 177 milyard dolları keçib və dünyada 165.000-dən çox insanı işlə təmin edib.
Brend ət emalı, qarğıdalı şirəsi və palma yağı istehsalı, eləcə də enerji ticarəti sahəsində uğur qazanıb. Bu gün təkcə ABŞ-də “Cargill” ət bazarının 20%-dən çoxunu və Alberger buxarlanması ilə istehsal olunan duzun 25%-dən artığını əlində saxlayır

Lakin “Cargill Inc” üçün hər şey rahat alınmayıb. Məsələn, 2000-ci illərdə o, palma yağı istehsalı üçün lazım olan plantasiyaların salınması məqsədilə Amazonda meşələrin qırılmasında ittiham olunub. Qana və Kot-d'İvuarda milli parkların məhv edilməsi barədə məlumatlar yayılıb ki, bu da şirkətə kakao yetişdirməyə imkan verib, lakin minlərlə nadir filin, şimpanzenin və bir çox nadir bitkinin məhvinə səbəb olub. 2010-cu illərdə Asiya ölkələrində də “Cargill” tərəfindən ekosid hadisəsi müşahidə edilib: torf sahələri qurudulub və qədim meşələr yandırılıb.

c9ccef36-add2-4888-a961-4c69e8947455.jpeg (747 KB)

Afrikada uşaq əməyindən istifadə, bəzi sənaye sahələrində insan hüquqlarının pozulması və pestisidlərdən suyun çirklənməsinə məhəl qoymamaq brendə xeyli qənaət etməyə imkan verib. Ətraf mühit iddialarına baxmayaraq, “Cargill Inc” ət istehsalı tullantılarını Meksika körfəzinə atmaq üçün ekoloji cəhətdən təhlükəsiz olmayan heyvandarlıq təcrübələrindən istifadə edib, yosunların çiçəklənməsi səbəbindən onu ölü zonaya çevirib. Şirkətin qiymə ətində dəfələrlə zərərli maddələr, iri pərakəndə satış şəbəkələrinə tədarük edilən ətdə ammonyakla müalicə əlamətləri aşkar edilib.

İnkişaf etməkdə olan ölkələrin ətraf mühitinə və əhalisinə dəyən böyük ziyana baxmayaraq, qlobal birlik “Cargill”in genişlənməsinə tamamilə mane ola bilməyib. Qlobal böhranlarda - istər yerli münaqişələr, istər kataklizmlər, istər quraqlıqlar, istərsə də inqilablar olsun - “Cargill” taxıl və digər ərzaq məhsullarını hansı ölkələrə satacağına qərar verib, çox vaxt sanksiyalara məhəl qoymayıb.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR