İnsanlara hürriyət, millətlərə istiqlal!

Diplomatik müharibə böyüyür – Rusiya Rumıniya konsulluğunu rəsmən bağladı

581 25.06.2026 17:53 Dünya A A

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Rumıniyanın ölkədəki diplomatik fəaliyyətinə kəskin məhdudiyyətlər tətbiq edərək, bu ölkənin Sankt-Peterburq şəhərində yerləşən Baş Konsulluğunun bağlanması barədə rəsmi qərar qəbul edib.

Musavat.com xəbər verir ki, Rusiya XİN-in yaydığı rəsmi bəyanata görə, iyunun 25-də Rumıniyanın Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Kristian İstrate nazirliyə çağırılıb. Səfirə təqdim olunan rəsmi notada Rumıniyanın Sankt-Peterburqdakı baş konsulunun ölkədə "persona non grata" (arzuedilməz şəxs) elan edildiyi və sözügedən diplomatik nümayəndəliyin fəaliyyətinə tamamilə xitam veriləcəyi bildirilib.

Rusiya xarici siyasət idarəsi bu sərt addımın səbəblərinə də aydınlıq gətirib. Nazirlikdən vurğulanıb ki, Moskva rəhbərliyinin atdığı bu addımlar birtərəfli olmayıb, rəsmi Buxarest tərəfindən Rusiyanın Konstansa şəhərindəki baş konsulluğunun fəaliyyətinə verilən icazənin əsassız olaraq ləğv edilməsinə və oradakı rusiyalı rəhbərin "persona non grata" elan olunmasına qarşı adekvat və qətiyyətli cavab xarakteri daşıyır. Beynəlxalq müşahidəçilər bu addımın iki ölkə arasındakı onsuz da gərgin olan diplomatik və siyasi əlaqələri tamamilə qopma nöqtəsinə gətirdiyini diqqətə çatdırırlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR