İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan cərimə limiti ilə bağlı təklif

457 05.06.2026 15:19 Gündəm A A

Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov çıxış edib.

Musavat.com-un xəbərinə əsasən, o bildirib ki, hazırkı İnzibati Xətalar Məcəlləsi 2016-cı ilin 1 mart tarixindən qüvvəyə minib:

“Məhz o zaman balla qiymətləndirilən inzibati xətaların sayı 14 olub. Ümumi balların sayı isə 54 olub. 2016-cı ildə sürücü sistemdəki bütün mümkün balların 37%-ni, yəni 20 bal toplayanda sürücülük hüququnu 6 ay müddətinə itirirdi. Bu nisbət o günün şərtlərinə tam mütənasib idi. Son 10 ildə yol hərəkət qaydaları, mikromobiliklə bağlı bir sıra hüquqi islahatlar keçirilib, dəyişikliklər olub və son 10 ildə balla qiymətləndirilən inzibati xətaların sayı 14-dən 27-yə, sistemdəki ümumi bal dəyəri isə 54-dən 91-ə çatıb. Həm xəta sayı, həm də ümumi bal həcmi təxminən 2 dəfəyə yaxın artıb. Deməli, təkcə taksi sürücüləri yox, ümumilikdə bütün sürücülərin xəta etmə riski, səhv etmə payı artıb və məsuliyyət dairəsi genişlənib. Ancaq limit yenə eynidir və bu o deməkdir ki, sürücü bu gün sistemdə bütün mümkün balların yalnız 22%-ni toplamaqla sürücülük hüququnu itirir. 2016-cı ildə bu göstərici 37% olub. Nəzərə alsaq ki, həmin 37% nisbəti tam bərpa etmək üçün riyazi olaraq limit 34 bal olmalıdır, lakin məcəllənin çəkindirici qüvvəsini qorumaq, həm də cəzanın mütənasibliyini təmin etmək məqsədi ilə daha mühafizəkar mövqe tutaraq təkif edirəm ki, 20 ballıq cərimə limiti 30 bala qaldırılsın və ya yüksək risk daşımayan passiv infrastruktur xarakterli pozuntulara görə sadəcə cərimə tətbiq olunsun”.

KAMAL DEPUTAT.jpg (38 KB)

Kamal Cəfərov qeyd edib ki, əksər ölkələrdə belədir:

“Ancaq istənilən halda bu məsələ ilə bağlı aidiyyəti qurumlar araşdırmalar aparmalı və təkliflər hazırlamalıdır. Çünki bu, təkcə cərimə limiti məsələsi deyil, yeni yanaşma lazımdır. Təəssüf ki, kütləvi informasiya vasitələrində yalnış təəssürat formalaşdırılıb ki, bu məsələ ilə bağlı Milli Məclisdə hansısa layihə var. Belə bir layihə yoxdur, aidiyyəti qurumlar araşdırmalar aparmalı, təkliflər təqdim etməlidir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR