İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏTLİ QƏZA: Avtomobil 150 metrlik dərəyə aşdı, ölənlər və yaralananlar var - FOTOLAR

409 26.07.2026 15:41 Dünya A A

Türkiyənin Antalya əyalətinin Manavqat rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, nəqliyyat vasitəsinin 150 metrlik dərəyə aşması nəticəsində avtomobildə olan 7 nəfərdən 5-i həyatını itirib.

Həlak olanlar arasında 2 uşaq da var.

Hadisə zamanı xəsarət alan 2 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin hamilə qadın olduğu bildirilir.

Polisin ilkin versiyasına görə, sürücü döngələrin birində idarəetməni itirib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı təhqiqat aparılır.

Antalya valisi Hulusi Şahin mətbuata açıqlamasında bildirib ki, avtomobildə iki ailənin üzvləri olub və onların hamısı yerli vətəndaşlardır. İstintaq zamanı minik furqonunun sürücüsünün yüksək sürətlə hərəkət etdiyi və idarəetməni itirdiyi müəyyən edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR