İnsanlara hürriyət, millətlərə istiqlal!

Messi MLS-in Ulduzlar matçının heyətindən çıxarıldı

321 26.07.2026 16:05 İdman A A

Argentina millisinin "İnter Mayami" klubunda çıxış edən hücumçusu Lionel Messi Şimali Amerikanın Əsas Futbol Liqasının (MLS) Ulduzlar matçının heyətindən çıxarılıb.

Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

"Çikaqo"nun cənubi afrikalı müdafiəçisi Mbekezeli Mbokazi və "İnter Mayami"nin argentinalı yarımmüdafiəçisi Rodriqo de Paul da heyətdən kənarlaşdırılıb.

Bu qərarın səbəbləri açıqlanmır, lakin hər üç futbolçu iyulun 19-da başa çatan dünya çempionatında iştirak edib. Argentinalılar finala qədər irəliləyib və burada ispanlara 0:1 hesabı ilə (əlavə vaxtdan sonra) məğlub olublar. (Report)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR