İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏT! Ata 3 azyaşlı qızını amansızlıqla qətlə yetirdi

1127 10.06.2026 08:45 Kriminal A A

Hindistanın Carxand ştatının Qiridix rayonunun Turukdixa kəndində 40 yaşlı kişi üç qızını qətlə yetirib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "The Times of India" qəzeti yayıb.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, qətlə yetirilən qızlardan ikisinin 6 yaşı, üçüncünün isə 17 yaşı olub.

Hadisəni törədən şəxs artıq polis tərəfindən saxlanılıb.

İlkin məlumatlara görə, ata cinayəti törədərkən kəsici-deşici alətdən istifadə edib. Dəhşətli qətliamın hansı səbəbdən baş verdiyi hələlik müəyyən edilməyib.

Xatırladaq ki, bir müddət əvvəl, 8 martda Hindistanın Telanqana ştatında da oxşar cinayət qeydə alınıb. Həmin vaxt ata üç qızını su çənində boğaraq qətlə yetirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR