İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın çempionluq xəyalları darmadağın oldu: İspaniya FİNALDA! - VİDEO

1443 15.07.2026 01:03 İdman A A

Dünya çempionatının əsas favoriti hesab olunan Fransa millisi finalın biraddımlığında büdrəyib. Son Avropa çempionu İspaniya ilə gərgin yarımfinal mübarizəsində fransızlar meydanı məğlub tərk etməli olublar.

Lakin Kilian Mbappenin komandası üçün mundial tam başa çatmayıb – onları hələ bürünc medal uğrunda mübarizə gözləyir.

Yarımfinalda İspaniya səddi

Dallasdakı "AT&T" stadionunda baş tutan qarşılaşmada İspaniya millisi rəqibinə göz açmağa imkan verməyib. 22-ci dəqiqədə Mikel Oyarzabalın penaltidən vurduğu qolla hesabı açan ispanlar, 58-ci dəqiqədə Pedro Porronun qolu ilə qələbəni rəsmiləşdiriblər. Fransa millisi hücumda kəsərli ola bilməyib və final biletini rəqibinə təslim edib.

Fransa medalsız qalmamaq üçün meydana çıxacaq

Turnirin əsas favoritinin qızıl xəyalları puç olsa da, fransızların mundialı medalsız başa vurmamaq şansı hələ də qalır. Fransa millisi 3-cü yer uğrunda təsəlliverici görüşdə qüvvəsini sınayacaq. 

 

Fransa və İspaniya milliləri arasında keçirilən yarımfinal qarşılaşmasında gərginlik artmaqda davam edir.

Musavat.com xəbər verir ki, İspaniya yığması matçın ikinci hissəsində fərqi iki topa çatdırıb.

Oyunun 58-ci dəqiqəsində Dani Olmonun ötürməsini Pedro Porro dəqiq zərbə ilə tamamlayaraq hesabı 2:0 edib. Xatırladaq ki, ispanların ilk qolunu 23-cü dəqiqədə penaltidən Mikel Oyarzabal vurmuşdu.

***

DÇ-2026: İspaniya hesabı açır — Fransa ilə oyunda penalti qolu

Fransa və İspaniya milliləri arasında keçirilən yarımfinal qarşılaşmasında hesab açılıb.

Musavat.com xəbər verir ki, oyunun 22-ci dəqiqəsində Fransa qapısına təyin olunmuş penalti zərbəsini İspaniya millisinin üzvü Mikel Oyarzabal dəqiq yerinə yetirib.

Bu qolla İspaniya yığması gərgin keçən erkən finalda 1:0 hesabı ilə önə keçib.

Dəqiqə: 22'

Qol: Oyarzabal (Penalti)

Hesab: Fransa 0 - 1 İspaniya

Matç davam edir.

İspaniyanın penalti qazandığı epizod

23:00***

Futbol üzrə dünya çempionatında ilk finalçının adına aydınlıq gəlir. Yarımfinal mərhələsinin ilk oyununda iki nəhəng — Fransa və İspaniya milliləri üz-üzə gəlir.

Musavat.com xəbər verir ki, hər iki komanda turnirin ən güclüləri sırasındadır və bu qarşıdurma erkən final kimi xarakterizə olunur.

Bakı vaxtı ilə saat 23:00-da start götürəcək prinsipial qarşılaşmada qalib gələn tərəf adını birbaşa finala yazdıracaq. Azarkeşlər gərgin və dramatik mübarizənin şahidi olacaqlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR