Danimarkanın Xarici İşlər Naziri Lars Lökke Rasmussen ölkəsinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilə Arktika mövzusunda dialoqa hazır olduğunu təsdiqləyib.
"Biz amerikalıların Arktika ilə bağlı təhlükəsizlik məsələlərində müəyyən narahatlıqlarını anlayırıq və bu mövqeyi bölüşürük. Geniş əməkdaşlıq çərçivəsində, xüsusilə Qrenlandiya ilə birgə ABŞ-ın qanuni maraqlarını təmin etmək üçün danışıqları davam etdirməyə hazırıq", – deyə Rasmussen bildirib.
Bu açıqlama Arktikanın geosiyasi əhəmiyyətinin artdığı bir dövrdə ABŞ və Danimarka arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində vacib addım kimi qiymətləndirilir.
Musavat.com