İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağlar silkələndi: qar uçqununun altında qaldılar-Dəhşətli video

1596 18.01.2026 03:20 Dünya A A

ABŞ-ın Kolorado ştatında yerləşən Rocky Mountain National Park ərazisində təhlükəli hadisə baş verib.

Musavat.com xəbər verir ki, qış mövsümündə xizək sürən bir qrup idmançı eniş zamanı ehtiyatsız hərəkət nəticəsində qar uçqununu hərəkətə gətirib.

Uçqun qəfil şəkildə xizəkçilərin üzərinə çöküb və bir neçə anlıq ciddi təhlükə yaradıb. Hadisə zamanı qrup üzvləri soyuqqanlı davranaraq bir-birlərinə yardım göstərib, öz gücləri ilə qar altından çıxmağı bacarıb və ərazini tərk ediblər. İlkin məlumata görə, xəsarət alan olmayıb.

Mütəxəssislər bildirir ki, Rokki dağları kimi yüksək riskli ərazilərdə qış idman növləri ilə məşğul olarkən hava şəraiti, qar örtüyünün sabitliyi və rəsmi xəbərdarlıqlar xüsusi diqqətdə saxlanmalıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR