İnsanlara hürriyət, millətlərə istiqlal!

Cin susuzluğa etiraz etdi

632 13.07.2026 20:54 Şou-biznes A A

Müğənni Ceyhun Zeynalov (Cin) Hövsan qəsəbəsində yaşanan su problemi ilə bağlı narazılığını ictimai şəkildə ifadə edib.

Musavat.com xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşdığı videoda Hövsan bağlarında artıq iki həftədir suyun verilmədiyini bildirib. O, suyun kəsilməsi səbəbindən ikinci dəfə su maşını sifariş edib çənini doldurduğunu deyərək aidiyyəti qurumdan problemin həllini istəyib.

“Artıq ikinci həftədir ki, Hövsan bağlarında su yoxdur. Mən pul verirəm, su niyə yoxdur?” – deyə Ceyhun Zeynalov bildirib.

Paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox sakin də eyni problemlə üzləşdiklərini qeyd edərək məsələ ilə bağlı operativ tədbir görülməsini istəyiblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR