İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov: “Xaricdə döyüşən Azərbaycan vətəndaşlarını ağır nəticələr gözləyir”

659 08.07.2026 14:10 Dünya A A

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov hərbi münaqişələrdə iştirak edən Azərbaycan vətəndaşlarına çağırış edib.

Musavat.com xəbər verir ki, nazir bildirib ki, hərbi münaqişələr çoxsaylı təhlükələr yaradır:
“Azərbaycan diplomatik missiyaları bütün prosesləri diqqətlə izləyirlər. Biz fəaliyyətimizi bir neçə istiqamətdə qurmuşuq: öncə xəbərdarlıq verilir ki, biz hər zaman xəbərdarlıq və tövsiyələrimizə əməl edilməsi barədə çağırışlar edirik. İlk fürsətdə isə müvafiq qurumlarla koordinasiya edilərək evaukasiya prosesi həyata keçirilir.

Bir daha Azərbaycan vətəndaşlarına çağırış edirəm ki, başqa ölkələrdə hərbi münaqişələrdə iştirak etmək Azərbaycanda cinayət sayılır, bu, qanunvericiliyin pozulmasıdır. Bəzi hallarda belə hərəkətlər Azərbaycan vətəndaşlığından məhrum edilmə ilə də nəticələnə bilər”,- deyə nazir vurğulayıb.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR