İnsanlara hürriyət, millətlərə istiqlal!

Bülent Ersoy estetik əməliyyatdan sonra - VİDEO

681 19.07.2026 16:17 Şou-biznes A A

Türkiyənin tanınmış sənətçisi, "Diva" ləqəbli Bülent Ersoy estetik əməliyyatlardan sonra ilk dəfə səhnəyə çıxaraq pərəstişkarları ilə görüşüb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl üz nahiyəsində keçirdiyi estetik əməliyyatlarla gündəmə gələn sənətçi Ayazağadakı məkanlardan birində konsert proqramı ilə çıxış edib.

Məlumata görə, Ersoy orta üz gərmə və alın gərmə əməliyyatları etdirib. O, səhnədə ən sevilən mahnılarını ifa etməklə yanaşı, tamaşaçılarla da səmimi söhbət edib.

Yeni görünüşü ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirən sənətçi zarafatla tamaşaçılara üz tutub:

"Deyirlər ki, sifətin belə olub, elə olub. Necədir, bəyəndinizmi üzümü?", deyə sual edib. Zaldan "Bəli" cavabı alan Bülent Ersoy təşəkkür edərək gülüb.

Xatırladaq ki, sənətçi bir neçə həftə əvvəl xəstəxanadan paylaşdığı foto ilə estetik əməliyyat keçirdiyini açıqlamışdı. O, uzun illər botoks belə etdirmədiyini bildirərək, yaşlanmağın həyatın gerçəyi olduğunu, lakin özünü həkiminə etibar etdiyini və əldə olunan nəticədən məmnun qaldığını vurğulamışdı.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR