İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkə gizli nüvə sınağı keçirdi - ABŞ kəşfiyyatından HƏYƏCANLI AÇIQLAMA

1286 21.02.2026 19:36 Dünya A A

Çin yeni nüvə silahları hazırlayır və ən azı bir gizli sınaq keçirib.

Musavat.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“ABŞ kəşfiyyat orqanları Çinin yeni nüvə silahı hazırladığına və ən azı bir gizli sınaq keçirdiyinə inanır”, - məlumatda deyilir.

Həmçinin qeyd olunur ki, Çinin nüvə imkanları artıq Rusiya və ABŞ-nin səviyyəsinə yaxınlaşır.

CNN mənbələri iddia edir ki, 1996-cı ildə tətbiq edilən moratoriyə baxmayaraq, Çin rəhbərliyi 2020-ci ildə gizli nüvə sınaqları həyata keçirib.

Qeyd edək ki, Çin 1964-cü ildən bəri nüvə gücüdür. Daha əvvəl isə, 3 sentyabr 2025-ci ildə Çin hərbi parad zamanı yeni raketini nümayiş etdirib. Bu raketin zərbə radiusu planetin bütün səthini əhatə edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR