İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu da 3 rəqəmli yoluxma - 6-cı dalğa qapıda

2542 16.07.2022 08:50 Gündəm A A

Yayı maskasız başa vura biləcəyikmi? İnfeksionist deyir ki...

Uzun fasilədən sonra Azərbaycanda yoluxma yenidən 3 rəqəmliyə keçib. Belə ki, dünən ölkədə 174 nəfər koronavirusa yoluxub. 62 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib. Yəni, ölüm halı da artmağa başlayıb.

Bəs yoluxmalar daha çox hansı məkanların payına düşür: toy-yas mərasimləri, istirahət mərkəzləri, yoxsa... Yayı maskasız başa vura biləcəyikmi?

İnfeksionist Aqil Kəməndli mövzu ilə bağlı “Yeni Müsavat”a bir çox ölkələrdə, xüsusən də Avropada COVİD-ə yoluxanların sayının artdığını söylədi: “Bu artıma səbəb kımı ”Omikron" variantının BA.4 və BA.5 adlı alt variantlarının yayılması göstərilir. Bu variant ilk dəfə ilin əvvəlində Cənubi Afrikada tapılsa da, hazırda bir çox ölkələrdə yayılmaqdadır.

zakir quliyev hekim.jpg (203 KB)

Bu BA.4 və BA.5 tipi ilə bağlı hazırda lazımi elmi araşdırma aparılmayıb, hazırda tətbiq olunan vaksınlərin yeni virus variantlarına təsiri də olduqca aşağıdır və bu virusların tez yayılma xüsusiyyəti məlumdur. Bunu nəzərə alıb 6-cı dalğanın başlanma ehtımalını irəli sürmək mümkündür. Bir məsəlini də nəzərinizə çatdırım ki, digər ştamlardan bizə bəllidir ki, virusun nə qədər çox tez yayılma ehtımalı olsa, o qədər xəstəlik yüngül sımptomlarla keçir. Təbii kı, ictimai yerlərdə insanların sıx toplaşdığı məkanlarda virusun yayılma ehtimalı daha çoxdur. Xüsusilə diabetik xəstələr, onkoloji və digər immun problemi olanları bu məsələdə daha dıqqətlı olmağa çağırıram".

Həkim “Azərbaycanda koronavirusun artmasına səbəb yeni virus variantı ilə bağlıdırmı” sualına belə cavab verdi: “Bu variantın hələ ki 49 ölkədə aşkar olunmasına dair dəlillər var. Ölkəmizdə SN və TƏBİB tərəfindən xəstə sayının artması ilə bağlı bilgi verilsə də, yeni virus variantı ilə bağlı rəsmi məlumat yoxdur”. 

Mərdan Əliyev: “Ölkəmizdə də artıq vaksin istehsalına başlanılmalıdır”

Mərdan Əliyev 

İnfeksionist-hepatoloq Mərdan Əliyev də mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini açıqladı: “Yoluxma sayı daha çox şəhər əhalisi arasında, əhalinin sıx toplaşdığı yerlərdə olur. Toy, yas mərasimləri zamanı, insanların bir-biriləri ilə görüşüb, öpüşmələri yoluxma sayını artmasına gətirib çıxarır. İnsanların xəstəliyə qarşı biganə olması yoluxmanın artmasına səbəb olur. Təbii ki, bu artıq onu göstərir ki, yaxın vaxtlarda maskadan istifadə olunması gündəmə gələ bilər. Çünki maskanın istifadəsi xeyli dərəcədə yoluxmaları azaldır. Qapalı yerlərdə, avtobuslarda, böyük ticarət mərkəzlərində maskalardan istifadə olunması labüddür. Əslində üzü payıza doğru yoluxma sayı planlaşdırılan idi. Yayın bitməsinə iki ay qalıb, payıza doğru maskadan istifadə olunması gündəmə gələ bilər”.

Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Zakir Quliyev qrip ilə bağlı ən  çox verilən sualları cavablandırıb

 Zakir Quliyev

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev açıqlamasında deyib ki, Avropa virusoloqları ilk dəfə iyunun sonunda Hindistanın bir neçə bölgəsində aşkar edilən və digər ölkələrə, o cümlədən Böyük Britaniya, ABŞ, Avstraliya, Almaniya və Kanadada yayılan COVİD-19 “Omikron” ştamının yeni variantının (BA.2.75) ortaya çıxmasından narahatdırlar: “BA.2.75 variantı Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) tərəfindən diqqətlə izlənilir və hazırda nəzarət altındadır.

Virusologiyanın tarixinə nəzər saldığımız zaman görürük ki, bəzi mutasiyalar virusun xüsusiyyətlərində dəyişikliklərə səbəb ola bilər. Mutasiyalar arasında virusun necə ötürüldüyü (daha sürətli yayıla bilməsi) və ya səbəb olduğu xəstəliyin şiddəti (daha ağır xəstəliyə səbəb ola bilər) araşdırılır. Virusun ilkin ştamlarında da eyni mənzərəni gördük. Nəzərə almaq lazımdır ki, koronavirusun öldürücülük qabiliyyəti azalarkən, yoluxuculuq qabiliyyəti artır. “Omikron” variantına yoluxma bir çox insanda boğaz ağrısı, burun axması və baş ağrısı kimi ümumi soyuqdəyməyə bənzər simptomlarla müşayiət olunur. COVİD-19-un ilkin mutasiyalarına aid olan iybilmə və ya dad hissinin yoxa çıxması, öskürək və qızdırma kimi simptomlar hələ də yoluxmanın əsas əlamətləri hesab olunur. Koronavirusun “Delta” və “Omikron” ştamlarının müqayisəsi onu göstərir ki, “Delta”da ölüm nisbəti daha yüksəkdir. Vətəndaşlara koronavirusun yeni dalğasından qorunmaq üçün hamımızın bildiyi gigiyenik qaydaları (tez-tez əlləri yumaq və ya antiseptik vasitələrdən istifadə) davam etdirmələrini tövsiyə edirəm. Ciddi zərurət yaranmadığı halda insanların kütləvi toplaşdığı məkanlardan çəkinsinlər. Eyni zamanda vətəndaşlara qapalı məkanlarda, həmçinin ictimai nəqliyyatda sıxlıq olduğu təqdirdə qoruyucu maskalardan istifadə etmələrini məsləhət görürəm", - deyə həkim əlavə edib.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR