İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu, bizim faciəmizdir" - məşhur sabiq deputat nədən narazılıq etdi?

1295 10.01.2026 10:44 Ölkə A A


"Köhnə kadrların yerinə təyin olunan yeni kadrlar bəzən, köhnənin ölənlərinə rəhmət oxutdurur. Bu, bizim faciəmizdir".

Musavat com xəbər verir ki, bu barədə sabiq deputat, keçmiş icra başçısı, Yeni Azərbaycan Partiyasının məşhur simalarından olan Musa Musayev sosial mediada bildirib.

Musa Musayev qeyd edib ki, kadr seçimində ailə dəyərləri də nəzərə alınmalıdır. Sabiq deputat fikrini belə əsaslandırıb ki, bəzən ailəsini idarə edə bilməyənlərə, qaranlıq keçmişi olanlara yüksək vəzifə tapşırılır, bu, qəbuledilməzdir. "Kadr təqdim edərkən yüz ölçüb, bir biçməlisiniz, məsuliyyətinizi dərk etməlisiniz, birinci ali təhsil əsas götürülməlidir, ciddi araşdırılmalıdır"- deyə Musayev vurğulayıb.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR