İnsanlara hürriyət, millətlərə istiqlal!

Bələdiyyə işçiləri korrupsiya ilə bağlı birbaşa bu şəxslərə məlumat verməlidirlər

255 05.06.2026 12:17 Gündəm A A

Milli Məclisin bugünkü iclasında “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun icrası ilə əlaqədar bəzi qanunlara təklif dəyişikliklər müzakirəyə çıxarılıb.

Musavat.com-un xəbərinə görə, layihəyə əsasən, korrupsiya ilə bağlı hüquqpozmalar barədə məlumat verən şəxslərin attestasiyası zamanı həmin prosesdə korrupsiyaya qarşı mübarizə sahəsində səlahiyyətli struktur bölmənin və ya şəxsin iştirakı qadağan edilir.

Eyni zamanda belə məlumat vermiş şəxslərə qarşı qisas məqsədilə intizam tədbirləri tətbiq edilərkən irəli sürülən dəlillərin sübut olunması yükü işəgötürənin üzərinə düşəcək. Beləliklə, qanun layihəsi korrupsiya ilə bağlı məlumat verən şəxslərin müdafiəsinin gücləndirilməsinə xidmət edir. Belə ki, dövlət və bələdiyyə qulluqçuları üçün yeni hesabatlılıq mexanizmləri tətbiq olunur.

Dəyişikliklərə əsasən, dövlət və bələdiyyə qulluqçuları qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və güzəştlərlə bağlı hallarda birbaşa rəhbər əvəzinə korrupsiyaya qarşı mübarizə sahəsində nəzərdə tutulmuş səlahiyyətli struktur bölməyə və ya şəxsə məlumat verməli olacaq.

Həmçinin hədiyyələrin qəbulu, maraqlar toqquşması və etik davranış qaydaları ilə bağlı məsələlərdə də eyni mexanizm tətbiq ediləcək. Sənəd korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və mövcud normaların uyğunlaşdırılması məqsədilə hazırlanıb.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR