İnsanlara hürriyət, millətlərə istiqlal!

Barselona yaxınlığında qatar qəzası: sürücü öldü, 20 sərnişin xəsarət aldı

363 21.01.2026 02:27 Dünya A A

Musavat.com xəbər verir ki, İspaniyanın Barselona şəhəri yaxınlığında qatar yolunun üzərinə istinad divarının uçması nəticəsində sərnişin qatarı relsdən çıxıb. Hadisə zamanı qatar sürücüsü həlak olub.

Musavat.com “Sky News”a istinadla bildirir ki, İspaniyanın fövqəladə hallar xidmətlərinin məlumatına görə, qəza nəticəsində ümumilikdə 20 nəfər xəsarət alıb. Yaralılardan 4-nün vəziyyəti ağır qiymətləndirilir.

Qeyd olunur ki, bu hadisə İspaniyanın cənubunda cəmi iki gün əvvəl baş verən və 42 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən başqa bir qatar qəzasından sonra qeydə alınıb.

Hazırda qəzanın dəqiq səbəbləri araşdırılır. Rəsmi qurumlar yaxın vaxtlarda əlavə məlumatların açıqlanacağını bildiriblər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR