İnsanlara hürriyət, millətlərə istiqlal!

Bali hökuməti 10 dollarlıq turist vergisi tətbiq edir

370 14.02.2024 13:02 Dünya A A

İndoneziya hakimiyyəti çərşənbə günündən etibarən Bali adasına gələn xarici turistlər üçün 150,000 İndoneziya rupisi (təxminən 10 dollar) rüsum tətbiq edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, oxşar tələblər Bali ilə qonşu olan Nusa Penida, Nusa Lembonqan və Nusa Ceninqan adacıqlarına səyahət üçün də tətbiq olunur.

İndoneziyanın digər bölgələrindən daxili reyslər və ya bərə ilə gələn turistlər də vergi ödəməlidirlər. Ödəniş uşaqlar da daxil olmaqla, səyahət edənlərin bütün yaş kateqoriyalarına aiddir.

Bu qayda bir neçə viza kateqoriyası üçün istisna edilir. Onların arasında diplomatik, rəsmi nümayəndə heyətlərinin nümayəndələri, ekipaj üzvləri, müvəqqəti və ya daimi yaşamaq icazəsi olanlar var. Bundan əlavə, ailə birləşməsi, tələbə və iş vizaları ilə Baliyə daxil olanlar üçün ödəniş tələb olunmur. Üstəlik, Baliyə səyahət etməzdən əvvəl sadalanan insanların bütün kateqoriyaları əvvəlcədən vergidən azad olmaq üçün onlayn ərizə təqdim etməlidirlər.

Həmçinin Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasına (İndoneziya Bruney, Vyetnam, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tayland və Filippin) daxil olan ölkələrin vətəndaşları da rüsum ödəməkdən azaddırlar.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR