İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda piyadanın ölümündə təqsirləndirilən sürücünün istintaqı başa çatıb

464 24.01.2023 10:35 Hadisə A A

Bakıda piyadanın ölümündə təqsirləndirilən Məmmədağa Məlikovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Rasim Sadıxovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, 75 yaşlı avtomobil sürücüsü M.Məlikov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən Salman Sadıqovu vurub. Nəticədə piyada aldığı xəsarətdən evində ölüb.

M.Məlikova qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR