İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda liseydə şagirdin müəlliməsini güllələməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB FOTO VİDEO

2724 06.02.2026 11:12 Hadisə A A

Bu gün Bakının Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfində tutulub.

Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışının keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir.

Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya yerləşdirilərək müvafiq tibb müəssisəsi tərəfindən müalicəsi aparılır.

 

Daxili İşlər Nazirliyi "İdrak" liseyində şagirdin müəllimini güllələməsi faktı ilə bağlı məlumat yayıb.

Nazirlikdən Musavat.com-a verilən xəbərə görə, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.


***
Bakıda yerləşən "İdrak" liseyində silahlı insident baş verib.

Musavat.com "Unikal"a istinadən xəbər verir ki, liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib.

Valideynlər hazırda öz övladlarını liseydən götürürlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR