İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda ağac gənclərin üzərinə aşdı — FOTO

722 09.07.2026 23:27 Hadisə A A

Bakının Yasamal rayonunda skamyada oturan gənclərin üzərinə ağac aşıb.

Musavat.com “baku.ws”ə istinadla xəbər verir ki, hadisə ötən gün saat 22 radələrində Hüseyn Cavid prospektində yerləşən Elmlər Akademiyası parkında baş verib.

Hadisə nəticəsində gənclərdən biri yüngül xəsarət alıb.

Xatırladaq ki, son bir neçə gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilmişdi.

Güclü külək nəticəsində paytaxtda iki ağacın aşdığı bildirilirdi. Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi (BŞYTB) məlumat yaymışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR