İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı sakinləri Əliyevə reaksiya verdi: "Nə Avropaya inanırıq, nə də Avropa Parlamentinin "ədalətinə"" VİDEO

786 21.01.2026 21:12 Ölkə A A

Azərbaycanın Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə münasibətləri artıq uzun illərdir ki, faktiki olaraq dayandırılıb.

Bu məsələ ilə bağlı Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Avronyus” (Euronews) televiziyasına verdiyi müsahibəsində bildirib ki, Azərbaycan Avropa Parlamenti ilə hər hansı əməkdaşlıq formatını məhz bu qurumun ölkəmizə qarşı davamlı, qərəzli və ədalətsiz münasibətinə görə dayandırıb. Prezident İlham Əliyevin sözlərinə görə, Avropa Parlamenti tərəfindən Azərbaycana ünvanlanan daimi tənqidlər və təzyiqlər ölkəmizin müstəqil siyasət yürütməsini qəbul edə bilməyən xüsusi lobbiçi qrupların və müəyyən qüvvələrin məqsədyönlü fəaliyyətinin nəticəsidir.

TV Musavat-ın əməkdaşları məsələ ilə bağlı Bakı sakinlərinin rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

 

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR