Əməkdar artist Münəvvər Əliyevanın bir neçə gündür axtardığı iti tapılıb.
Musavat.com xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, iyunun 23-də axşam saatlarında Maştağa qəsəbəsindən Bilgəh istiqamətində itkin düşən "Neom" adlı iti bu gün tapılıb.
Əməkdar artist paylaşımında ona dəstək olan hər kəsə təşəkkürünü ifadə edib.
"Əziz dostlar, şükürlər olsun ki, balaca dostum "Neom" tapıldı və yenidən mənə qovuşdu. Bu çətin günlərdə paylaşım edən, axtarışa qoşulan, məlumat göndərən, dua edən və mənə dəstək olan hər kəsə ürəkdən sonsuz təşəkkürümü bildirirəm.
Sizin diqqətiniz, həssaslığınız və göstərdiyiniz dəstək sayəsində ümidimi itirmədim. Göstərdiyiniz insanlıq və mərhəmət mənim üçün çox dəyərlidir", - deyə o qeyd edib.
Münəvvər Əliyeva xüsusilə Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin rəisi və əməkdaşlarına minnətdarlığını bildirib. O qeyd edib ki, axtarış zamanı təhlükəsizlik kameralarının görüntülərinin əldə olunmasında polis əməkdaşları operativ dəstək göstəriblər.
Sənətçi paylaşdığı videoda sevimli itinə qovuşduğu anları izləyiciləri ilə bölüşüb. Kadrlarda onun sevincdən göz yaşlarını saxlaya bilmədiyi görünür.
Həmin görüntüləri təqdim edirik:
Şahanə Rəhimli
Musavat.com






