İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda kəsilən eşşəklərin dərisi Çinə satılır?

2234 10.07.2022 15:40 Gündəm A A

Afrika ölkələrindən Çinə uzunqulaq etirazı

Çində qara uzunqulaqların qiyməti 100 dollardan 1000 dollara qalxıb. Buna səbəb Afrika ölkələrində uzunqulaq kəsilməsinə qoyulan qadağadır. Bu qadağalar nəticəsində Çinə ixrac olunan heyvanların sayı kəskin şəkildə aşağı düşüb.

Afrikalı fermerlər eşşəklərini satmaq istəmədikləri üçün hər il saysız-hesabsız eşşək oğurlanır. Heyvan sahibləri oğurlanmış uzunqulaqlarını dağlarda dərisi soyulmuş vəziyyətdə tapırlar. Zimbabve, Mali və Tanzaniyada işləyən yardım təşkilatlarının məlumatına görə, qara uzunqulaq dərisini Çinə satan qaçaqmalçıların arxasında hökumət nümayəndələri dayanır.

Ənənəvi Çin təbabətinin "möcüzəvi dərmanı" sayılan "ejiao" əsasən qara uzunqulaq dərisindən hazırlanır. Qara şokalada, jelatinə bənzəyən "möcüzəvi" dərman əsasən kişi impotensiyasının, sonsuzluğun və qadın hamiləliyinin pozulmasının müalicəsində istifadə olunur.

5142cd82-bbff-417a-8ecf-41375320edbd.jpg (38 KB)

Uzunqulaq dərisindən hazırlanan, jelatin dərini cavanlaşdıran kosmetik vasitələrin, kremlərin istehsalında da geniş tətbiq edilir. Bu kremlərdən Madonna, Ledi Qaqa kimi pop-starların istifadə etdiyini nəzərə alsaq, uzunqulaq dərisinin fil dişi, kərgədan buynuzu kimi həm qaçaqmalçıların, həm də fermerlərin, eləcə də işbazların diqqət mərkəzində olduğunu yəqin etmək olar.

Böyük Britaniyanın Uzunqulaqları Mühafizə Təşkilatında çalışan Simon Pope "Amerikanın Səsi" nə bildirib ki, hər şey "Saraydakı kraliçalar" adlı Çin serialının ekranlara çıxmasından sonra başlayıb. Serial ilk dəfə 2011-ci ildə yayımlanıb və o vaxtdan bəri "ejiao"ya tələbat kəskin şəkildə artıb.

"Problem ondan ibarətdir ki, Çində tələbatı ödəmək üçün kifayət qədər eşşək yoxdur", - deyən Popenin fikrincə, bu gedişlə uzunqulaqlar "Qırmızı Kitab"a salına bilər.

36167292-ea9a-48dd-a0e9-6cb6bc125eae.jpg (38 KB)

"Saraydakı kraliçalar" və ya "Zhenhuan əfsanəsi" adlanan serialın leytmotivi "Möhtəşəm Yüz il" serialının leytmotivinə bənzəyir. Saray intriqaları ilə yanaşı "möcüzəvi" dərman və zəhərlərin tətbiqinə yer ayıran serial Yaponiya, Sinqapur, Malayziya kimi qabaqcıl ölkələrdə də yayımlanıb. Möcüzəvi dərman sayılan "ejiao"nun alıcıları da əsasən bu ölkələrdəndir.

İllik "ejiao" istehsalı 4-5 ton təşkil edir. Əgər 2000-ci ildə Çində bu dərmanın kiloqramı 30 dollar idisə, 2017-ci ildə 390 dollar, 2019-cu ildə isə 780 dollar olub. Afrika ölkələrində tətbiq olunan qadağalar "möcüzəvi" dərmanın qiymətini 1000 dollardan yuxarı qaldırıb.

Dərmana yüksək tələbat bütün dünyada ev eşşəklərinin sayının kəskin azalmasına səbəb olub. Mali, Tanzaniya, Zimbabvedə nəqliyyat vasitəsi kimi istifadə olunan uzunqulaqların artımı kəskin aşağı düşüb. Bundan sonra bir neçə Afrika hökuməti yerli əhalinin ciddi etirazlarını sakitləşdirmək üçün qaçaqmalçılara qarşı xüsusi əməliyyatlar həyata keçirib, onlarla qaçaqmalçı həbs olunub, tonlarla uzunqulaq dərisi müsadirə edilib.

Keniyada vəziyyət daha təhlükəlidir. Ölkənin əkinçilik və heyvandarlıq üzrə tədqiqat təşkilatı bir müddətdir Keniya bazarlarında uzunqulağın kəskin şəkildə azaldığını bildirir və yaxın gələcəkdə tamamilə məhv olacağı ilə bağlı xəbərdarlıq edir. Ölkədə uzunqulaqların sayı 70 faiz azalıb.

 Eşşəklə Eşşək Arasındakı Fərq Nədir? | Heyvanlar 2022

Cənubi Afrika Universitetinin tədqiqatçılarının son araşdırması göstərir ki, eşşək populyasiyası 1996-cı ildəki 210.000-dən 2019-cu ildə təxminən 146.000-ə qədər azalıb.

Cənubi Afrika hər il Çinə qanuni olaraq təxminən 10.500 eşşək dərisi ixrac edir, lakin qaçaqmalçılar da bu ticarətə əl atdıqları üçün faktiki həcmin daha çox olduğu ehtimal edilir. Qaçaqmalçılar qitədən kənara mal çıxarmaq üçün dağlıq Lesoto krallığından istifadə edirlər.

Çin mifologiyasına görə, "ejiao" ilk dəfə Şen Nongun qədim tibbi traktatında qeyd olunub. 14-cü əsrin ortalarına aid olan "Şanhan diandian jin şu" tibbi əlyazmasında müxtəlif xəstəliklərə qarşı "ejiao"dan istifadə etmək tövsiyə olunur. "Ejiao", həmçinin, qanlı ishal və "isti" zəhərlərə qarşı da kömək edir.

Tanzaniya keçən ay xəz ticarəti üçün eşşəklərin kəsilməsini qadağan edib. Ölkədəki eşşək populyasiyası yox olmaq təhlükəsi ilə üz-üzədir. Nigeriya və Keniya da daxil olmaqla digər Afrika ölkələri də eşşəklərin kəsilməsinə və bu heyvanların ixracına qadağalar qoyublar. Qaçaqmalçılarda eşşək dərisinə olan hərislik qızıla olan hərisliklə ölçülür və təhlükəli hesab olunur.

Afrika ölkələrindəki kütləvi oğurluq o deməkdir ki, həm Afrikada, həm də Çində eşşəyin qiymətləri getdikcə yüksəlir. Tədqiqatçılar bildirirlər ki, Cənubi Afrikada bir eşşək 5 il əvvəl 30 dollara satıldığı halda, hazırda bu qiymət 125 dollara qalxıb. Çində isə bir eşşək 1000 dollardan baha satılır.

Eşşəklə Eşşək Arasındakı Fərq Nədir? | Heyvanlar 2022

Bazar böyükdür. Çində hər il təxminən beş milyon eşşəyə tələbat var. Çin bunların iki milyonunu ölkənin özündən alır, qalanını isə xaricdən idxal edir.

Azərbaycanda vəziyyət necədir? Uzunqulaqların sayı artır, yoxsa azalır? Yerli iş adamlarımız, təbabətimiz uzunqulaq dərisindən "möcüzəvi dərman" istehsal etmək gücündədirmi?

DTX nın həbs etdiyi Neftçalanın keçmiş icra başçısı İsmayıl Vəliyevin eşşək fermasının olması ölkədə şok effekti yaratmışdı. Bu heyvanların əsasən qara cinsdən olması onların dərisinin "ejiao" istehsalı üçün Çinə göndərildiyi ehtimalını verə bilər. Kəsilən uzunqulaqların ətinin hansı istiqamətlərdə istifadə olunduğu sirr deyil. Eşşək ətindən kolbasa istehsalında istifadə olunması, mal əti adı ilə dükanlarda satılması haqqında ehtimallar və faktlar var.

ad026a5f-5d85-4281-95d7-e55ea11366bc.jpg (21 KB)

Statistika Komitəsi 3 il əvvəl Azərbaycanda da uzunqulaqların sayında azalma haqqında məlumat yaymışdı. Ölkəmizdə uzunqulaqların sayı 2016-cı ildə 36 minə yaxın olsa da, 2018-də bu rəqəm 31 min, 2020-ci ildə 26 min, 2021-ci ildə isə 23 min təşkil edib. Göründüyü kimi, Azərbaycanda da vəziyyət Afrikadan fərqli deyil.

Uzunqulaq biznesində icra başçılarının adının hallanması da eşşək biznesinin rentabelli olmasından xəbər verir.

Təsərrüfatların qurulması əhalinin iş yeri ilə təmin olunmasında əhəmiyyətli rol oynasa da, istehsal sahəsi əhəmiyyətli şəkildə geridə qalır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-may aylarında Azərbaycanda 5,3 milyon manatlıq əczaçılıq məhsulları istehsal edilib. Bu isə Azərbaycanda əczaçılıq məhsulları və tibbi ləvazimatlarının ticarət dövriyyəsinin cəmi 1,2 %-ni təşkil edir.

APA-nın məlumatına əsasın bu ilin 5 ayında Azərbaycanda əczaçılıq məhsulları və tibbi ləvazimatlarının pərakəndə ticarət dövriyyəsi 445,3 milyon manata bərabər olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,4% çoxdur. Dərman istehsalı isə cəmi 2,1 faiz artıb. Göründüyü kimi, tələbatla istehsal arasındakı fərq çox böyükdür.

Ölkəmizdə ağrıkəsici, antibiotik və vitamin təyinatlı 52 dərman preparatlarının istehsalı da nəzərdə tutulur. "Möcüzəvi" "ejiao" istehsalından danışmaq isə hələ tezdir. Halbuki bu dərmanın istehsalı üçün Azərbaycanda uzunqulaq yetişdirmək daha asandır.

Elxan Həsənli,
Sürix,
Xüsusi olaraq Musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR