İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Kipr XİN başçıları regional vəziyyəti müzakirə etdi

324 04.12.2025 20:28 Siyasət A A

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in 32-ci Nazirlər Şurası iclasının çərçivəsində Kiprin xarici işlər naziri Konstantinos Kombos ilə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə 2026-cı ilin birinci yarısında Kiprin Avropa İttifaqı Şurasına sədrliyi ilə bağlı planlar, eləcə də daha geniş regional vəziyyət müzakirə olunub.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR