Telegram kanalının müəllifi Aleksey Moskalov deyib ki, Ermənistan və Azərbaycanın enerji sistemlərinin birləşdirilməsi heç bir texniki çətinlik yaratmamalıdır. Musavat.com bu barədə erməni mediasına istjnadən xəbər verir.
“Onlar SSRİ-nin vahid elektrik şəbəkəsinin bir hissəsi kimi formalaşıblar", - Moskalov bildirib.
Onun sözlərinə görə, sovet dövründə Ermənistan və Azərbaycan birbaşa, o cümlədən Razdan İstilik Elektrik Stansiyası ilə Ağstafa yarımstansiyası arasında 330 kV-luq güclü xətt vasitəsilə birləşdirilib.
“O, bərpa edildikdə, birbaşa, güclü əlaqə yaranacaq", - o əlavə edib.
Həmçinin bildirib ki, bundan əlavə, hər iki enerji sistemi artıq Rusiya (Azərbaycan birbaşa, Ermənistan Gürcüstan vasitəsilə) və İranla bağlıdır.
Musavat.com






