İnsanlara hürriyət, millətlərə istiqlal!

"Avropa İttifaqı Macarıstanı şantaj edir" - nazir Siyyarto

362 14.02.2024 14:55 Dünya A A

Macarıstanın xarici işlər naziri Peter Siyyarto bildirib ki, Budapeştin Avropa Birliyinin necə olmasına dair baxışı “Brüsseldən olan bürokratlar”ın mövqeyindən fərqlənir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, diplomat İspaniyanın EFE agentliyinə müsahibəsində 2024-cü ilin iyul ayının 1-dən Macarıstanın Aİ Şurasına sədrliyinin başlayacağı barədə danışaraq, əsas məqamlardan birinin qeyri-qanuni miqrasiyaya qarşı mübarizə və "Brüsseldən olan bürokratlar"ın siyasi yanaşmasının dəyişdirilməsi olacağaını deyib. Xarici işlər naziri Budapeşt və Brüssel arasında münasibətlərdə gərginliyin olduğunu da etiraf edib.

"Biz hesab edirik ki, Aİ güclü və şüurlu ölkələrin inteqrasiyası olmalıdır. Aİ o zaman güclü ola bilər ki, üzv dövlətlər güclü olsunlar. Nəticədə, üzv dövlətlərin bacarıq və ya səlahiyyətlərindən məhrum edilərək Brüsselə ötürülməsi ölkələri zəiflədəcək və üzv dövlətlər nə qədər zəif olarsa, Aİ bir o qədər zəif olacaq”, - nazir Siyyarto deyib.

“Biz bununla bağlı ciddi müzakirələr aparırıq və təəssüf ki, buna görə Brüssel vəsaitləri dondurmaqla bizi şantaj edir”, - deyə xarici işlər naziri yekunlaşdırıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR