İnsanlara hürriyət, millətlərə istiqlal!

Arktika uğrunda böyük savaş: ABŞ-nin gözü Qrenlandiyada – Rusiyanın 65 faizlik üstünlüyü təhlükədə

577 12.01.2026 15:27 Dünya A A

Arktika regionu getdikcə qlobal güclərin əsas qarşıdurma meydanına çevrilir və burada əsas oyunçu hələ də Rusiyadır.

Musavat.com xəbər verir ki, The National Interest nəşrinin təhlilinə görə, Arktikada həm ərazi, həm də strateji ehtiyatlara nəzarət baxımından ABŞ açıq şəkildə geridə qalır.

Mövcud statistikaya əsasən, Arktikanın 53 faizi Rusiyanın, 14 faizi Kanadanın, 6 faizi Danimarkanın (Qrenlandiya vasitəsilə) və cəmi 7 faizi ABŞ-nin payına düşür. Daha kritik məqam isə ehtiyatlar üzərində nəzarətdir: Arktika resurslarının 65 faizi Rusiyanın, 20 faizi Danimarkanın, yalnız 7 faizi ABŞ-nin nəzarətindədir.

ABŞ Qrenlandiyanı nəzarətə götürərsə, bu addım Vaşinqtonun Arktikadakı mövqelərini kəskin şəkildə gücləndirə bilər. Belə olan halda ABŞ-nin:

Arktikada ərazi nəzarət payı 13 faizə,

strateji ehtiyatlara nəzarət payı isə 27 faizə qədər arta bilər.

Nəşr xüsusilə vurğulayır ki, Arktika enerji və xammal baxımından Rusiyanın əlində cəmlənib. Regiondakı neft ehtiyatlarının 45 faizi, təbii qazın 75 faizi və nadir metalların 60 faizi hazırda Moskvanın nəzarətindədir. Bu isə Arktikanı təkcə iqtisadi deyil, həm də geosiyasi və hərbi-strateji baxımdan həlledici zonaya çevirir.

Məhz bu kontekstdə Qrenlandiya ətrafında artan müzakirələr və ABŞ-nin marağı sadə ərazi iddiası deyil, Arktikada güc balansını dəyişməyə yönəlmiş böyük strateji plan kimi qiymətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR