İnsanlara hürriyət, millətlərə istiqlal!

Anomal istilər Avropada həyatı iflic etdi: Svetoforlar əridi, yollar çatladı - VİDEO

1500 27.06.2026 20:58 Dünya A A

Avropanı bürüyən rekord istilər gündəlik həyata ciddi təsir göstərməkdə davam edir.

Musavat.com xəbər verir ki, İtaliyanın Verona şəhərində və Almaniyanın Berlin şəhərində sakinlər yüksək temperatur səbəbindən svetoforların plastik hissələrinin əriyərək deformasiyaya uğramasını videoya çəkiblər.

Almaniya, İtaliya, İspaniya və Fransanın bəzi bölgələrində havanın temperaturu +40 dərəcəni keçib.

Həddindən artıq isti səbəbindən asfalt örtüyü zədələnir, magistral yollarda isə yol örtüyünün çatlaması halları qeydə alınır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR