Yeni televiziya mövsümünün iddialı layihələrindən biri hesab olunan "Anne yarısı" serialının aktyor heyəti formalaşmağa başlayıb.
Musavat.com xəbər verir ki, ekran işinin baş rolları tanınmış aktyor Cihangir Ceyhan və aktrisa Burcu Özberkə həvalə olunub.
Hər iki aktyorun uzun fasilədən sonra eyni layihədə bir araya gəlməsi seriala olan marağı daha da artırıb.
Layihənin aktyor heyətinə daha bir tanınmış isim – Selen Uçer də qoşulub. Məlumata görə, aktrisa serialda "Altın" adlı obrazı canlandıracaq. Onun ifa edəcəyi personajın hekayənin əsas dönüş nöqtələrindən birində mühüm rol oynayacağı bildirilir.
Qeyd edək ki, "Anne yarısı" ailə münasibətləri, keçmişlə hesablaşma, sevgi və fədakarlıq mövzularını ekranlaşdıracaq dramatik serial kimi təqdim olunur.
Könül
Musavat.com







