İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalıların yarıdan çoxu NATO-ya inanmır - Trampın "xidməti"?

306 06.07.2026 16:08 Dünya A A

ABŞ Prezidenti Donald Trampın NATO əleyhinə sərt çıxışları amerikalıların alyansa münasibətinə də təsir göstərib.

Musavat.com Politico saytına istinadən xəbər verir ki, NATO-nun daxili sorğusuna əsasən, ABŞ vətəndaşlarının cəmi 43 faizi alyansın ölkələri hücuma məruz qalacağı təqdirdə ABŞ-ı müdafiə edəcəyinə inanır.

Bu göstərici NATO-nun 32 üzvü arasında ən aşağı nəticədir. Müqayisə üçün qeyd olunur ki, alyans üzrə orta göstərici 57 faizdir.

Keçmiş NATO rəsmisi və təhlükəsizlik eksperti Gerlinde Nihus hesab edir ki, bunun əsas səbəbi Trampın son aylarda NATO-nun kollektiv müdafiə prinsipini – 5-ci maddəni açıq şəkildə şübhə altına almasıdır.

Son dövrlərdə Tramp dəfələrlə Avropa müttəfiqlərini tənqid edib, onları ABŞ-ın İrana qarşı əməliyyatlarına kifayət qədər dəstək verməməkdə ittiham edib, NATO-nu isə "kağız pələng" adlandırıb. O, həmçinin Avropa ölkələrinin ABŞ-a real təhlükə yaranacağı halda köməyə gəlməyəcəyini iddia edib. Bundan əlavə, Tramp Qrenlandiyanın ABŞ-a birləşdirilməsi, Kanadanın müstəqilliyi, eləcə də ABŞ-ın NATO qarşısındakı öhdəlikləri ilə bağlı mübahisəli açıqlamalar verib.

Sorğu göstərir ki, NATO ölkələrində alyansa ümumi dəstək hələ də yüksək olaraq qalır. Respondentlərin 62 faizi hesab edir ki, NATO üzvlüyü ölkələrinə hücum ehtimalını azaldır, 65 faizi isə ölkəsinin alyansda qalmasına səs verəcəyini bildirib. Sorğu mart-aprel aylarında 31 mindən çox respondent arasında keçirilib.

Araşdırma daha bir maraqlı tendensiyanı üzə çıxarıb. Belə ki, NATO ölkələrində Rusiya və Çinə müsbət münasibət artıb. Alyans üzrə Rusiyaya müsbət baxanların payı 12 faizdən 17 faizə yüksəlib. Rusiyaya ən yüksək rəğbət isə Monteneqro, Bolqarıstan, Şimali Makedoniya, Türkiyə və Yunanıstanda qeydə alınıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR