İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Ukrayna energetikası üçün ən böyük yardım paketi ayırıb

424 25.12.2025 00:21 Hadisə A A

Almaniya Ukraynaya ən böyük dəstək tranşını həyata keçirərək Enerji Dəstək Fonduna 160 milyon avrodan çox vəsait köçürüb.

Musavat.com RBC-Ukraina-ya istinadən xəbər verir ki, məlumatı Ukrayna Energetika nazirinin müavini Nikolay Kolesnik açıqlayıb. Onun sözlərinə görə, Almaniyanın ayırdığı vəsait Fondun yaradılmasından bəri ən böyük birdəfəlik töhfədir.

Ümumilikdə, 2025-ci ilin dekabr ayında Fonda 245 milyon avro yeni ianələr daxil olub. Almaniya Xarici İşlər Nazirliyindən əlavə, Almaniya Federal İqtisadi İşlər və Energetika Nazirliyi tərəfindən Almaniya inkişaf bankı KfW vasitəsilə daha 3 milyon avro köçürülüb.

Kolesnik qeyd edib ki, Enerji Birliyi Katibliyi tərəfindən idarə olunan Ukrayna Enerji Dəstək Fondu Ukraynanın yanacaq-enerji sektoruna beynəlxalq yardımın ən təsirli mexanizmlərindən biri olaraq qalır. Fondun resursları enerji şirkətləri üçün avadanlıq almaq və düşmən hücumlarından sonra infrastrukturu bərpa etmək üçün istifadə olunur: "Rusiyanın Ukraynanın enerji sektoruna davamlı və məqsədyönlü hücumları nəzərə alınmaqla, Nazirliyin prioritetlərindən biri təmir və bərpa işləri üçün avadanlıq ehtiyatlarının artırılması məqsədilə tərəfdaşlarla əməkdaşlıqdır".

O əlavə edib ki, təkcə dekabr ayında bir sıra yüksək səviyyəli beynəlxalq görüşlər zamanı Ukrayna tərəfdaşlardan sistemli dəstək təminatı alıb: "Beynəlxalq yardımın intensivliyi düşmən hücumlarının intensivliyinə, lazımi avadanlıqların təchizatı düşmən hücumlarının tempinə uyğun olmalıdır".

Qeyd etmək lazımdır ki, Fondun mexanizmlərindən əlavə, Ukrayna enerji şirkətləri avadanlıq şəklində beynəlxalq humanitar yardım da alırlar. Ukraynaya tammiqyaslı işğalın başlanğıcından bəri 38 ölkədən ümumilikdə təxminən 26.000 ton olan 1995 humanitar yardım göndərilib. Yardıma atəşdən sonra təcili təmir üçün avadanlıqlar və paylanmış generasiya gücünün genişləndirilməsi üçün avadanlıqlar daxildir.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR