İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evdən paylaşım: “Trampa güvənin” mesajı atəşkəsin bitməsinə az qalmış yayıldı

840 22.04.2026 00:59 Dünya A A

ABŞ administrasiyası İranla bağlı gərginliyin artdığı bir vaxtda sosial şəbəkələrdə yeni paylaşım edib.

Musavat.com xəbər verir ki, Ağ Evin rəsmi hesabında yayılan fotoda ABŞ prezidenti Donald Tramp hərbi salam vəziyyətində əks olunub və üzərində “TRUST IN TRUMP” (“Trampa güvənin”) ifadəsi yer alıb. 

684db0d2-515e-44b3-a371-f7ddea8242aa.jpg (117 KB)

Paylaşımın məhz İranla atəşkəsin başa çatmasına sayılı saatlar qaldığı bir vaxtda edilməsi diqqət çəkir. Bu addım Vaşinqtonun növbəti mərhələyə hazırlaşdığı və ya siyasi mesaj vermək istədiyi kimi şərh olunur.

Son günlər həm ABŞ, həm də İran rəsmilərinin açıqlamaları fonunda bölgədə vəziyyətin yenidən gərginləşəcəyi ehtimalı artır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR