İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ tarixində ikinci dəfə nazirə qarşı federal  impiçment elan edilib

503 14.02.2024 14:04 Dünya A A


ABŞ Nümayəndələr Palatası Daxili təhlükəsizlik naziri Alexandro Mayorkasa impiçment elan edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, qətnaməni 214 nəfər dəstəkləyib, 213 nəfər əleyhinə səs verib.

Nümayəndələr Palatasının üzvlərinə görə, miqrasiya ilə bağlı böhranın yaranmasında birbaşa Mayorkas məsuliyyət daşıyır, çünki  ölkə sərhədlərinin qorunmasına cavabdeh məhz bu qurumdur. Mayorkasla bağlı impiçment məsələsi Senatda təsdiqlənməlidir.

 ABŞ tarixində bu vaxta qədər federal nazirliyin rəhbəri cəmi bir dəfə impiçmentə məruz qalıb. 1876-cı ildə Nümayəndələr Palatası hərb naziri Uilyam Belknapın impiçmenti barədə qərar qəbul edib.  Belknap elə həmin gün istefa verib.

 Prezident Co Bayden artıq Nümayəndələr Palatasının qərarını konstitusiyaya zidd və qərəzli adlandırıb. Dövlət başçısının bəyanatı Ağ Evin saytında dərc olunub.

Onun fikrincə, Nümayəndələr Palatası Ukrayna, İsrail və Tayvana yardımın ayrılması ilə bağlı qanun layihəsi ilə məşğul olmalı idi.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR