ABŞ-ın Rusiya neftini daşıyan kölgə donanmaya qarşı sanksiyaları dünya neft bazarında qiymətlərin sürətlə bahalaşmasına səbəb olub.
Musavat.com "Bloomberg"ə istinadən xəbər verir ki, Londonun ICE birjasında bu gün səhərdən keçirilən hərraclarda "Brent" neftinin bir barelinin qiyməti 2 dollara yaxın artaraq 82 dollara yaxınlaşıb.
WTI neftinin qiyməti isə 2 dollar civarında artmaqla 79 dollara çatır.
Analitiklər bildirirlər ki, Rusiya neftinin ixracı yeni sanksiyalardan ağır zərbə alacaq. Nəticədə Hindistan və Çin kimi ən böyük istehlakçılar Yaxın Şərq, Afrika və Amerikadan daha çox xam neft almağa məcbur olacaqlar ki, bu da daşıma xərcinə görə baha başa gələcək. Bazara çıxan Rusiya neftinin kəskin azalması isə qiymətləri daha da artıracaq.
Musavat.com